<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Əsirgəməz Gün işığı, Ay nuru İL422</title>
<lyrics>[V1]
 Əsirgəməz Gün işığı, Ay nuru,
 Qismətimdir yaz yağışı, yay nuru.
 Allah mənə pay göndərib, pay nuru,
 Haqqa doğru yol gedirəm, nə vaxtdır.

[C1]
   Ulu Tanrım, olmazları ol eylə,
   Ulu Tanrım, imanımı bol eylə,
   Ulu Tanrım, qoyduğun dar yol ilə,
   Haqqa doğru yol gedirəm nə vaxtdır.

[V2]
 Dərd gələndə Rəbbimə üz tutmuşam,
 O İşığın ətəyindən tutmuşam,
 Kədər nədir, Səninlə unutmuşam,
 Haqqa doğru yol gedirəm, nə vaxtdır.

[V3]
 Açdığım əl dərgahına doğrudur,
 Tutduğum yol həqiqətin yoludur.
 Hər gün üzüm çarmıxına doğrudur,
 Haqqa doğru yol gedirəm nə vaxtdır.</lyrics>
<hymn_number>422</hymn_number>
</song>